Ronaldunun qolunu saymayan hakim AVRO-2020-dən kənarda qaldı

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun vurduğu qolu qeydə almayan yan xətt hakimi Mario Diks cəzalandırılıb.
Onun adı AVRO-2020-nin matçlarına təyinat alan referi Danni Makkelinin başçılıq etdiyi hakimlər briqadasından çıxarılıb.
Diksin əvəzinə Avropa çempionatına Yan de Fris aparılacaq.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ronaldunun zərbəsindən sonra top qapı xəttini keçsə də, Diks fərqli qərar qəbul edib. Buna əsəbiləşən 36 yaşlı forvard kapitan sarğısını qolundan çıxararaq yerə atıb. Matçdan sonra epizodun təkrarına baxan hakim səhvini boynuna alaraq Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdan üzr istəyib. ("Report")
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












