Roqozin Rusiyanın qitələrarası raketlərinin imkanlarını müqayisə etdi – VİDEO

“Roskosmos”un baş direktoru Dmitri Roqozin “Sarmat” qitələrarası ballistik raketini “Voevoda” ilə müqayisə edib.
O, bununla bağlı “Telegram” kanalında görüntülər yerləşdirib. Kadrlarda deyilir ki, “Sarmat” “Voyevoda” ilə müqayisədə, demək olar ki, qeyri-məhdud məsafələrdə hədəfləri vura biləcək.
Roqozin qeyd edib ki, videoda “Voyevoda” və “Sarmat”da aktiv sahəsinin sürətini müqayisə etmək olar.
“NATO təsnifatına görə, “Voyevoda” “İblis”dir, “Sarmat”ı isə “İblis-2” adlandırdılar. Nə üçün? Brüsseldəki müştərək işdəki keçmiş həmkarlarımdan biri, NATO ölkələrindən birinin keçmiş səfiri bu sualıma belə cavab verdi: “Çünki İblisdən daha pis yalnız İblis-2.0 ola bilər”, - deyə Roqozin vurğulayıb.
“Sarmat” qitələrarası ballistik raketinin ilk buraxılışı çərşənbə günü Arxanqelsk vilayətindəki Plesetsk kosmodromundan həyata keçirilib. Məlumata görə, buraxılış tapşırıqları tam şəkildə yerinə yetirilib.
Bildirilir ki, döyüş başlıqlarının sayı və növləri, həmçinin hipersəs planerləri baxımından “Sarmat”ın döyüş imkanlarının çeşidi genişləndirilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












