Rus qızının İrəvan metrosunun tunelindəki çəkilişi narazılıq yaratdı

Ermənistanda metro stansiyaları, tunellərin yüksək səviyyədə qorunmaması ilə bağlı yeni faktlar aşkarlanıb. AzVision.az xəbər verir ki, bu günlərdə rusiyalı bir qız istifadə olunmayan metro tunellərindən birinə rahat şəkildə daxil olartaq orada çəkilişlər aparıb. Daha sonra o, tunelin görüntülərini sosial şəbəkələrdə paylaşıb. Erməni mediası isə yazır ki, İrəvan o qədər xaosa çevrilib ki, dünyanın hər yerində bir nömrəli mühafizə obyekti kimi təqdim oluanan metrolar, onun hətta istifadə edilməyən, tikilməkdə olan tunelləri Ermənistanda az qala magistral yola bərabər tutulur.
İctimai fəal Artem Poqosyan da hökuməti qınayaraq deyib: “Bəyəm istifadə olunmayan metro tunellərinin girişlərini bağlamaq çətin məsələ idi? Belə məsuliyyətsizliklərin nəticəsidir ki, indi hansısa rus qızı içəri girə bilib videolar çəkərək İnstaqramda yerləşdirir. Yoxsa metro strateji obyekt sayılmır? Yoxsa stansiya keçidlərində müasir skan sistemi quraşdırmaq çox bahadır? Xeyr, bu istək məsələsidir.
Sadəcə olaraq, dövlət quruluşunun üslubu belədir ki, onlar öz xalqı qarşısında sıfır məsuliyyət daşıyırlar. Müharibə zamanı da eyni davranışlar sərgilənirdi".
O qeyd edib ki, az qala hər həftə terror təhlükəsinə görə metronu 50 dəfə bağlamaqla problemi həll edə bilməyəcəklər. İstifadə edilməyən, tərk edilmiş tunellərin çıxış və girişlərini betonlamaq lazımdır.
Xatırladaq ki, son günlər İrəvan metrosunda bir neçə dəfə terror həyəcanı yaşanıb.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












