Rus təyyarəsi bu skandal görüntülərlə Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Rus təyyarəsi alovu söndürən zaman su yerə çatmamış elə havada buxarlanıb.
Alovlara bürünən Türkiyənin Muğla və Antalya şəhərində yanğın söndürmə işləri aparılan zaman rus təyyarələrinin bölgədə metrlərlə yüksəklikdən buraxdığı su yerə enməmiş havada buxarlanıb. Vətəndaşlar tərəfindən çəkilən həmin görüntülər sosial mediada da böyük əks-səda doğurub.
Təyyarə çox yüksəkdən yerə su atan zaman, görüntü çəkən vətəndaşların heyrətlənərək "Bu suyu boşaltdı, bəs bu su hara düşəcək? Buxarlandı ki, olmazdımı bu suyu aşağıdan yanğının üzərinə tökəydi? Allah Allah ..." sözləri videoda əks olunub.
Qeyd edək ki, son 7 gündə Türkiyənin bir çox vilayətində eyni vaxtda başlayan 170-dən çox yanğının əksəriyyəti söndürülsə də, Antalya və Muğla şəhərlərində alovlar nəzarət altına alına bilməyib. Yanğınlara müdaxilə etmək üçün ətraf ölkələrdən - Rusiyadan 11, İspaniyadan 2, Xorvatiyadan 1 təyyarə göndərilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri, bununla yanaşı Azərbaycan Türkiyəyə bir amfibiya təyyarəsi, 500 nəfərdən ibarət şəxsi heyət, digər lazımi avadanlıq və ləvazimatları da çatdırıb.
/metbuat.az
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












