Rusiya aviaşirkətlərində böhran: Təyyarələri hissələrə ayırmağa başladılar

Rusiyanın aviaşirkətləri, o cümlədən “Aeroflot”, sanksiyalara görə ehtiyat hissələri çatışmazlığı yaşayır, bu səbəbdən onlar təyyarələri hissələrə ayırmağa başlayıblar.
Bu barədə sənayedəki dörd mənbə məlumat verib.
Bildirilir ki, hazırda Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” ən azı bir “Sukhoi Superjet 100” və bir “Airbus A350”ni (demək olar ki, yeni idi) parçalara ayırıb, həmçinin bir neçə “Boeing 737” və “Airbus A320” təyyarələrindən də avadanlıqlar çıxarılıb.
Digər aviaşirkətlərin hansı təyyarələri hissələrə ayırdıqları açıqlanmayıb.
Yeri gəlmişkən, “Flightradar” xidməti iyulun sonundan bəri “Aeroflot”un 50-yə yaxın təyyarəsini istismar etmədiyi barədə məlumat yayıb. Şirkətin yeddi ədəd “Airbus A350” təyyarəsindən üçü (o cümlədən biri hazırda hissələrə ayrılır) təxminən üç aydır ki, havaya qalxmır.
Xatırladaq ki, fevralın sonunda Avropa İttifaqı Rusiya təyyarələrinin üzünə səmanı bağlayıb, onlara ehtiyat hissələrinin tədarükünə, texniki xidmətə, dəstək və sığortaya qadağa qoyub, həmçinin lizinq şirkətlərini Rusiya aviadaşıyıcılarının icarəyə götürdüyü təyyarələri geri qaytarmağa məcbur edib.
May ayında ekspertlər yayın sonuna qədər “Aeroflot”un “Boeing” və “Airbus” laynerləri üçün komponent çatışmazlığı səbəbindən təyyarələrini hissələr üçün sökməyə başlamalı olacağı barədə proqnoz vermişdilər.
oxu.az
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












