Rusiya daha bir gəmisini İTİRDİ

Rusiya FSB sərhəd xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli "Rəsul Qəmzətov" patrul gəmisini itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.
Bildirilir ki, gəmi daxili suların (Volqa-Don kanalı) Xəzərdən Azov dənizinə keçməsi zamanı zədələnib.
"Patrul gəmisini hərəkətə gətirən yedək gəmisi gəminin pərvanə-sükan qrupunun elementlərini zədələyib - valların sol xətti sıradan çıxıb, sol pərvanənin qanadı əyilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, gəmi 30 noyabr 2021-ci ildə istismara verilib.
Bundan əlavə aprelin 13-də Qara Dəniz Donanmasının “Moskva” kreyserinin flaqmanı “Neptun” kompleksindən iki raketlə vurulub. Aprelin 14-də axşam saatlarında kreyserin batdığı məlum olub.
Aprelin 20-də Ukrayna hərbçiləri Qara dəniz zonasında düşmən gəmisinin batması zonasında axtarış əməliyyatlarını qeydə alıblar.
"Unikal"
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












