Rusiya FTX-si Ukrayna konsulunun saxlanılmasını əks etdirən görüntüləri yaydı - VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu gün Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyukun Rusiya vətəndaşından məxfi məlumatlar alarkən saxlanılmasını əks etdirən görüntüləri yayıb.
TASS agentliyi FTX-nin yaydığı məlumata istinadən xəbər verir ki, ukraynalı diplomatı Rusiya Federasiyası vətəndaşlarının məlumat bazaları maraqlandırıb.
O, avtomobillərin qeydiyyat nömrələrini, FTX-nin məlumatlarını və cinayət işlərinin bazası ilə maraqlanıb.
“Bu hərəkətlər heç bir halda diplomatik statusa uyğun gəlmir. Bununla əlaqədar olaraq, beynəlxalq hüquq və beynəlxalq təcrübəyə uyğun olaraq bütün tədbirlər görüləcək və Rusiya Xarici İşlər Nazirliyinə məlumat veriləcək” - Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, artıq Rusiya hökuməti Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












