Rusiya iki ölkə ilə birgə hərbi təlimlərə başladı

Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmiz poliqonunda Özbəkistan Silahlı Qüvvələri və Rusiya Mərkəzi Hərbi Bölgə Komandanlığı əsgərlərinin iştirakı ilə Rusiya-Özbəkistan ortaq hərbi təlimləri başlayıb.
Avtosfer.az xəbər verir ki, hərbçilər qeyri-qanuni yollarla ölkəyə girən silahlı şəbəkələri zərərsiləşdirməklə bağlı birgə hərbi manevr keçirir.
Özbəkistan və Rusiya silahlı qüvvələri manevr boyu silahlı şəbəkələri müəyyənləşdirərək məhv etmək üçün əmr, manevr, müdafiə, hücum və düşmənə qarşı mübarizə bacarıqlarını yerinə yetirəcək. 10 avqustda sona çatacaq ortaq hərbi təlimlərdə hər iki ölkədən 1500 əsgər və 200 hərbi vasitə var. Manevrə ayrıca Qırğızıstandakı Rusiya hərbi bazasındakı Su-25 döyüş təyyarələri və hərbi helikopterləri də dəstək verəcək.
Bundan əlavə, 5-10 avqust tarixlərində Rusiya Əfqanıstanın digər qonşusu Tacikistanla Əfqanıstan sərhədi yaxınlığında ortaq manevr keçirəcək. Ölkənin cənubundakı Maydon poliqonunda baş tutacaq hərbi təlimə 1000-ə yaxın Rusiya əsgəri, 300-dən çox hərbi maşın qatılacaq.
Birgə hərbi təlimlərin məqsədi Əfqanıstanın şimalında hökumət qüvvələri ilə Taliban arasındakı qarşıdurmaların artması və talibançıların Orta Asiya ölkələriylə olan sərhədlərin bir hissəsini ələ keçirməsindən sonra Əfqanıstanla sərhədləri gücləndirməkdir.
Qeyd edək ki, Əfqanıstanın Özbəkistanla 144, Tacikistanla 1344 kilometrlik ortaq sərhədi var.
Son vaxtlar Talibanın hücumlarından qaçan 1500-ə yaxın Əfqanıstan hərbçisi və 500-dən çox vətəndaşı Tacikistana, 100-dən çox əsgəri isə Özbəkistan torpaqlarına sığınıb./unikal
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












