Rusiya separatçılara ən yeni reaktiv yaylım sistemləri ötürdü - FOTO

Donbas separatçılarının sərəncamına Rusiyanın ən yeni reaktiv yaylım atəşi sistemlərinin verildiyi üzə çıxıb.
“KAMAZ” avtomobillərinin bazasında yığılmış “Qrad-K” reaktiv yaylım atəşi sistemləri rəsmən ancaq Rusiya ordusunun silahlanmasında yer alır və dünyanın başqa heç bir ölkəsinə satılmayıb. Bu da onu təsdiq edir ki, həmin sistemlər separatçılara Rusiya tərəfindən verilib.
ATƏT-in monitorinq missiyasının məlumatına görə, Donbass ərazisində atəş mövqeyinə çıxarılmış 11 reaktiv yaylım atəşi sistemi qeydə alınıb, onların arasında iki “Qrad-K” yer alır.
Qeyd edək ki, bu fakt Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və Qərb ölkələrinin Kremlin yaxın həftələrdə, şaxtaların düşməsi ilə hücum əmri verəcəyi barədə bir-birinin ardınca daxil olan kəşfiyyat məlumatları fonunda qeydə alınıb. Hazırda Donbassda Ukrayna ordusu ilə separatçılar arasında tez-tez mövqe döyüşləri baş verir, tərəflər ağır artilleriyadan istifadə edirlər. ///virtualaz.org
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












