Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Orengrad.ru portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlində olan bıçaqla ona zərbələr endirdiyi əks olunub.
Videoda diqqət çəkən digər bir məqam hücuma məruz qalan qadının Azərbaycan dilində “olmayıb”, “and içirəm” “Vallah olmayıb” ifadələrini işlətməsidir. Həmçinin hücum edən kişinin də azərbaycan dilində müxtəlif sözlər istifadə etdiyi eşidilir.
Orenburq şəhərinin hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qadına keçmiş əri hücum edib. Qadını onun əlindən 20 yaşlı oğlu xilas edib. O, anasını qarşılamaq üçün binanın həyətinə düşüb və qadının qışqırıq səslərini eşidib.
Artıq qadın xəstəxanaya yerləşdirilib, onda çoxsaylı yaraların olduğu bildirilir.
Hadisə barədə dərhal Orenburq şəhərinin polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib.
Qadını bıçaqlayan şəxs artıq polislər tərəfindən saxlanılıb. 47 yaşlı kişi əməlini etiraf edib, lakin bunun səbəbləri barədə danışmaqdan boyun qaçırıb.
Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
///oxu.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












