Rusiyada metroda qadınlar üçün xüsusi vaqonların ayrılması təklif olunub

Rusiyada metroda qadınlar üçün vaqonlar ayrılmalıdır. Bu tədbir qadınların ictimai nəqliyyatda təcavüzlərdən qorumağa kömək edəcək.
“Vechernyaya Moskva”nın məlumatına görə, Leninqrad vilayəti İctimai Palata sədrinin birinci müavini Vladimir Petrov Rusiyanın nəqliyyat naziri Vitali Savelyevə bununla bağlı məktub ünvanlayıb.
Siyasətçi bildirib ki, ictimai nəqliyyatın “ümumi” və “qadın”lar üçün bölünməsi praktikası artıq dünyada geniş yayılıb. Onun sözlərinə görə, belə bir tədbiri qəbul etmiş ölkələrdə qadınlar cinsi hücum və ya təcavüz riski barədə narahat olmadan təhlükəsiz səyahət edə biləcəkləri xüsusi vaqonlardan istifadə edə bilirlər.
“Hamilə qadınlar və ya azyaşlı uşaqları olan qadınlar da belə ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən məmnundurlar. Buna görə də Rusiyada metroda, tramvaylarda və digər ictimai nəqliyyat növlərində xüsusi qadın vaqonlarının işə salınması üçün bir sınaq təcrübəsini qiymətləndirməyinizi xahiş edirəm”, - deyə sənəddə bildirilib.
Qeyd edək ki, Rusiyada qadınlar üçün xüsusi vaqonları ilə bağlı təklif 2015-ci ildə Federasiya Şurasında edilmişdi, lakin təşəbbüs həyata keçirilməyib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












