Rusiyada tankçılarımıza qarşı süni əngəl yaratdılar - Mane ola bilmədilər!

Rusiyanın paytaxtı Moskvada “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsi davam edir. Müsabiqənin yarımfinal mərhələsində uğurla çıxış edən tankçılarımız finala yüksəlib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, heç də asan olmayıb. Burada söhbət təkcə hərbçilərimizin təcrübə və ya hazırlığından getmir.
Belə ki, Azərbaycan tankçıları Rusiyada keçirilən müsabiqədə süni əngəllərlə üzləşiblər.
Məsələ burasındadır ki, yarış Moskvada keçirildiyindən iştirakçı ölkələrə tanklar Rusiya Müdafiə Nazirliyi tərəfindən verilir. Burada isə tankçılarımız ayrıseçkiliklə üzləşib.
.jpg)
İş burasındadır ki, digər iştirakçı ölkələrdən fərqli olaraq, Azərbaycan hərbçilərinə qərəzli yanaşılıb və təmsilçimizə digər iştirakçılardan fərqli olaraq, qismən köhnə model və texniki cəhətdən zəif tanklar verilib. Nəticədə, bu tankların hərəkət qabiliyyəti çox zəif olub. Hədəfləri aydın şəkildə görmək üçün istifadə olunan müşahidə pəncərəsi (Tripleks) də çirkli olub ki, bu da istər-istəməz tankçılarımıza əlavə çətinliklər yaradıb.
.jpg)
Yaradılan süni problemlərə baxmayaraq, Azərbaycan tankçıları bu çətinliklərin də öhdəsindən gələrək uğurla növbəti mərhələyə keçə biliblər. Bu da sözsüz ki, tankçılarımızın Vətən müharibəsində göstərdikləri şücaətin və döyüş zamanı qazandıqları təcrübənin bariz nümunəsidir.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












