Rusiyada yanacaq üçün yeni dempinq formulu işə düşüb

Bu gündən Rusiyada yanacaq üçün yeni dempinq formulunun tətbiqinə başlanılıb.
Report-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Sazanov bildirib.
Onun sözlərinə görə, bu, neft emalı iqtisadiyyatını yaxşılaşdıracaq və benzinin qiymətini inflyasiya daxilində saxlayacaq. Müvafiq qanunun hələ rəsmən təsdiqlənməməsinə baxmayaraq, artıq formul işə düşüb.
Dempinq mexanizmi aşağıdakıları özündə əks etdirir:
- Əgər yanacağın ixrac qiymətləri daxili qiymətlərdən yüksəkdirsə, dövlət bu fərqi şirkətlərə kompensasiya edəcək; daxili dəyər daha yüksəkdirsə, şirkətlər büdcəyə pul köçürürlər.
Mexanizmi dəyişdirmə qərarı rublun məzənnəsi və artan neft qiymətlərinin nisbəti ilə izah olunur. Mayın 1-dən etibarən yanacaqda istifadə olunan qiymət 4 min rubl, 2022-ci ilin yanvarın 1-dən isə hər ton üçün 2,7 min rubl azalacaq. Şirkətlər dövlətdən çox kompensasiya alacaqlar.
Bundan əvvəl, KİV-lər Rusiya hökumətinin ixracına müvəqqəti qadağa qoyula bilən mallar siyahısına benzini əlavə etməyi planlaşdırdığını yazmışdı.
Həmçinin, müütəxəssislər 2021-ci ildə yanacaq qiymətlərində ciddi bir artım olmayacağını da bildirib. Sanksiyalar və COVID-19 pandemiyası bu seqmentə çox təsir göstərməyəcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












