Rusiyada yaşayan azərbaycanlı bloqerə hökm oxundu

Xəbərlər 26 İyul 2021 18:00
Rusiyada yaşayan azərbaycanlı bloqerə hökm oxundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu barədə BAZA “Telegram” kanalı xəbər verib.

Bundan başqa o, 30 min rubl (təxminən 690 manat) cərimə ödəməlidir.

Xatırladaq ki, iyulun 7-də polislər tərəfindən saxlanılan H.Həsənov tibbi müayinədən keçməkdən imtina etdiyi üçün, ona qarşı inzibati iş qaldırılmışdı.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı bloqerin 17,1 milyon “Instagram” izləyicisi və 1,38 milyon “YouTube” abunəçisi var.

Oxunub : 1998
ŞƏRH YAZ
Ad

E-mail

Şərh