Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? - FOTO

Bakı Metropoliteninin Rusiyadan aldığı yeni vaqonlar yolda olarkən naməlum şəxslər tərəfindən üzərinə qraffiti ilə şəkillər çəkildiyi bildirilir. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov iddialara münasibət bildirərək qeyd edib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: “Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.
Ümumiyyətlə, qatarların yolboyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq”.
Qeyd edək ki, yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












