Rusiyadan Azərbaycana yararsız taxta materiallarının gətirilməsinin qarşısı alınıb

Rusiyanın Perm şəhərindən Azərbaycan ərazisinə taxta materialların gətirilməsinin qarşısı alınıb.
Avtosfer.az Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, 7 sentyabrda Kirov Bölgəsi, Udmurt Respublikası və Perm Ərazisi üzrə "Rosselxoznadzor"un İdarəsi, Perm Ərazisinin Karaqay rayonu, Mendeleevo kəndində yerləşən "Sfera" MMC hüquqi şəxsinə məxsus 110 kubmetr taxta materiallarında Monochamus böcəkləri aşkar edilib. Məhsullar Azərbaycana göndərilmək üçün nəzərdə tutulmuşdu. Laboratoriya müayinəsi böcəklərin karantin növlərinə aid olduğunu göstərib. Bu səbəbdən meşə sahələrində karantinli fitosanitar zonası yaradılıb.
Bitki karantini sahəsində qanunvericiliyin tələblərinə, habelə idxalçı olan ölkənin tələblərinə uyğun olaraq təhlükəli yüklərin ixracı qadağan edilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












