Rusiyadan gətirilən quşçuluq məhsulları istehlak üçün yararsız çıxıb

Rusiyadan ölkəmizə bu ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a verilən məlumata görə, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. İyunda “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlara dair Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












