Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa aviareys açıla bilər

Rusiyanın Yaroslavl bölgəsi ilə Bakı arasında hava əlaqəsinin açılması müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, bunu “Kommersant”a Regional İnkişaf və Xarici İqtisadi Fəaliyyət Departamentinin direktoru Qalina Penyagina deyib.
Departament rəhbərinin sözlərinə görə, daha öncə Azərbaycana təşkil edilən işgüzar missiyanın nəticələrinə görə, Yaroslavl və Azərbaycan müəssisələri arasında tərəfdaşlıq əlaqələri qurulub və hazırda bölgə müəssisələri tərəfindən Azərbaycana müxtəlif növ məhsullar ixrac olunur.
Bildirilib ki, ötən il Yaroslavldan Azərbaycana ixracın həcmi təxminən 8 mln. ABŞ dolları təşkil edib. Bölgədən Azərbaycana əsasən yanacaq məhsulları, dərman vasitələri, təkərlər, yol avadanlıqları, qablaşdırma, borular, boyalar və yanğın söndürmə vasitələri tədarük edilib.
Azərbaycan bölgənin 20 əsas xarici ticarət tərəfdaşları sırasına daxildir. Birgə prioritet layihələr arasında Yaroslavl bölgəsi ərazisində çay, dəmir yolu və hava nəqliyyatı ilə gələn yüklər üçün böyük logistika mərkəzi yaratmaqdır. Müvafiq müqavilənin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı imzalanacağı planlaşdırılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












