Saatlı sakinindən 5 kiloqramdan artıq narkotik aşkarlandı - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, 57 yaşlı Ramiz Nəciyev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 225 qram olan qurudulmuş marixuana, bir ədəd tərəzi və müvafiq sənədləri olmayan ov silahı, eləcə də evin yaşayış olmayan otaqlarının birindən quruması üçün saxlanılan 18 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı R.Nəciyev qanunazid əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












