Saatlıda yas mərasimləri aşkar edilib

Xəbərlər 14 Aprel 2021 11:35 Oxunub 588
Saatlıda yas mərasimləri aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh