Sabahdan havanın temperaturu aşağı düşəcək - XƏBƏRDARLIQ
Xəbərlər
28 İyun 2021 13:06

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5 dərəcə aşağı enəcək.
İyunun 29-u axşamdan iyulun 2-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Oxunub : 1170
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
ŞƏRH YAZ












