Sabahın hava proqnozu

Avqustun 30-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Avtsofer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










