Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin müsadirə edilmiş əmlakları satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, müsadirə edilmiş əmlaklardan biri ilə bağlı hərracı Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev udub.
Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evi hərrac təşkilatı tərəfindən 1 milyon 174 min manata E.Şixəliyevə satılıb. Artıq E.Şixəliyev həmin əmlakın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hakim müraciəti əsaslı hesab edib. Qərara əsasən, əmlak üzərindən həbs götürülüb.
Sözügedən əmlakın Elgün Şixəliyev üçün xüsusi əhəmiyyətini öyrənmək məqsədilə vəkili Ceyhun Yusifova müraciət edilib. Vəkil bu barədə danışmaqdan imtina edib.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun özünün və ailə üzvlərinin adına rəsmiləşdirilmiş 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. Prezidentin sərəncamı ilə Mövlam Şixəliyev "general-mayor" rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












