Sabirabadda ana, oğlu və qızı bıçaqlanıb - FOTO

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və onun qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Zərbəliyev əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Hadisəni törətməkdə H.Tarverdiyevanın həyat yoldaşı, rayonun Məmişər kənd sakini, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.





Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












