“Şahdağ” gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

ASCO-nun Dəniz Nəqliyyat Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi təmir olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, “Zığ” Gəmi Təmiri Zavodunda aparılan işlər qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.
Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları sazlanıb.
Bundan başqa, gəminin rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələri yenisi ilə əvəz olunub. Həmçinin müasir, bərədə yeni tip sürət ölçən Laq naviqasiya avadanlığı quraşdırılıb.
Eyni zamanda, gəminin suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.
Dəniz sınaq yoxlamasından uğurla çıxan “Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb edilib. Bu çərçivədə ilk səfəri Ələt limanından Kurık limanına olub.
Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










