Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər

Son illər Azərbaycanda dövlət idarəçiliyində şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar diqqət mərkəzindədir. Xüsusilə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan struktur dəyişiklikləri, büdcə xərclərinin optimallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi bu istiqamətdə ciddi irəliləyişlərin olduğunu göstərir.
Avtosfer.az bildirir ki, bu prosesdə Sahil Babayevin fəaliyyəti xüsusi qeyd olunur.
Onun rəhbərliyi dövründə maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərinin məqsədyönlü xərclənməsi və büdcə nəzarətinin daha sistemli şəkildə qurulması istiqamətində bir sıra mühüm addımlar atılıb. Eyni zamanda, rəqəmsallaşma və elektron nəzarət mexanizmlərinin tətbiqi maliyyə əməliyyatlarında şəffaflığın artırılmasına xidmət edib.
Bununla yanaşı, mövcud sistemdə hələ də müəyyən problemlərin qalması diqqətdən yayınmır. Xüsusilə dövlət satınalmaları sahəsində bəzi hallarda şəffaflıq prinsiplərinin tam təmin olunmadığı bildirilir. Məlumata görə, bəzi dövlət qurumları tender proseslərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üzərindən bir mənbə üsulu ilə həyata keçirir. Bu isə açıq rəqabət mühitinin formalaşdırılması baxımından suallar doğurur və ictimai nəzarətin effektivliyini zəiflədir.
Eyni zamanda, bəzi tenderlərin texniki şərtlərinin əvvəlcədən konkret şirkətlərə uyğunlaşdırıldığı ilə bağlı iddialar da gündəmdə qalmaqdadır. Bu cür hallar bazarda sağlam rəqabət mühitini pozur, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxış imkanlarını məhdudlaşdırır. Nəticədə dövlət vəsaitlərinin daha səmərəli istifadə olunması prinsipi də risk altına düşür.
Digər mühüm problemlərdən biri isə tender prosedurlarının uzanması ilə bağlıdır. Belə ki, bəzi dövlət qurumlarının aylarla davam edən satınalma proseslərinin Antiinhisar qurumunda cavabsız qalması halları müşahidə olunur. Bu isə dövlət layihələrinin icrasında gecikmələrə səbəb olmaqla yanaşı, müəyyən hallarda idarəetmədə “tıxac effekti” yaradır və operativ qərarverməni çətinləşdirir.
Mövcud vəziyyət fonunda maliyyə nəzarətinə cavabdeh əsas qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin daha aktiv rol oynamasının zəruri olduğu vurğulanır. Dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarətin gücləndirilməsi, satınalma proseslərinin sürətləndirilməsi və vahid idarəetmə modelinin tətbiqi bu qurumun səlahiyyətlərinin genişləndirilməsini aktuallaşdırır.
Bu kontekstdə yeni bir ehtimal da gündəmə gəlir. Belə ki, müşahidəçilərin fikrincə, yaxın perspektivdə Antiinhisar qurumunun funksional olaraq Maliyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsi aktuallaşa bilər. Bu addımın əsas məqsədi kimi maliyyə nəzarətinin mərkəzləşdirilməsi, satınalma proseslərində şəffaflığın artırılması və qərarların daha operativ şəkildə icra olunması göstərilir.
Eyni zamanda, belə bir struktur dəyişikliyinin dövlət idarəçiliyində paralel funksiyaların aradan qaldırılmasına, məsuliyyət bölgüsünün daha aydın müəyyənləşdirilməsinə və korrupsiya risklərinin minimuma endirilməsinə töhfə verə biləcəyi qeyd olunur. Bununla yanaşı, bəzi ekspertlər bu cür mərkəzləşmənin bazar nəzarətinin müstəqilliyinə təsir edə biləcəyi ilə bağlı ehtiyatlı yanaşmanın vacibliyini də vurğulayır.
Hazırda əsas gözlənti aparılan islahatların daha da dərinləşdirilməsi, mövcud boşluqların aradan qaldırılması və dövlət maliyyə sistemində şəffaflıqla yanaşı, effektivliyin də maksimum səviyyədə təmin olunmasıdır. Qarşıdakı dövrdə atılacaq addımlar bu sahədə hansı modelin üstün tutulacağını və idarəetmə mexanizmlərinin necə formalaşacağını müəyyən edəcək.
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










