Salyan sakinlərindən 15 kiloqram narkotik götürülüb - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev saxlanılıb. E.Ağayevin üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
E.Agayev istintaqa narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyini etiraf edib.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olan və həmçinin narkotik tərkibli çətənə bitkisini aqrotexniki qaydalara uyğun əkib- becərməkdə şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 9 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
V.Qədirov istintaqa narkotik tərkibli bitkilərin aqrotexniki qaydalara uyğun yetişdirilməsi ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyini etiraf edib.
Hər iki şəxs barəsində Salyan RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO













