Salyanda dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.
"Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO











