Salyanda su kanalı kənddə gediş gəlişi çətinləşdirdi - FOTO

Salyan sakinləri kənd yollarının yararsız vəziyyətdə olmasından şikayət edir.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Söhbət rayonun Xələc kəndindən gedir. Məlumata görə, kənddə su kanalı qazılıb və bu yaşayış məntəqəsinə gedən yolu demək olar ki bağlayıb.
Kənd sakinləri əkin, örüş sahəsinə maşınla gedə bilmirlər.
Məlumatda o da qeyd olunub ki, sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xələc kənd bələdiyyəsinin sədri Vəfadar Əliyev bildirib ki, bu kəndə gedən yol deyil:
“Bu yoldan kənd sakinləri çox istifadə etmir. Əslində buradan mal-qaranı örüş sahəsinə ötürmək üçün istifadə edirlər. Hər il su kanalı qazılır. Bu il yol istiqamətindən qazılıb. Qazıntılar zamanı çıxan palçıq yol kənarına töküldüyü üçün kənd sakinləri narahatdır. Lakin ən qısa zamanda bu həll olunacaq. Palçıq quruduqdan sonra yol qaydasına salınacaq”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












