Şamaxıda “Xarıbülbül” yay düşərgəsi açılıb - FOTO

Şamaxıda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı baş tutub.
Report xəbər verir ki, açılış mərasimindən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla anıblar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla anılıb.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir rəsmi şəxslərin, millət vəkilləri və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə baş tutub. Düşərgə müddətində gənclərin Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirakı, şəxsi və komanda inkişafı yönümlü təlimlər və bir sıra intellektual-əyləncəli oyunların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun və Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə dəstəyi ilə keçirilən, şəhid və qazilərin 60 övladının iştirak etdiyi düşərgə 4 gün davam edəcək.









Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












