Saray qəsəbəsində narkotik satanlar saxlanılıb - FOTO

Saray qəsəbəsində əməliyyat keçirilib, narkotik satanlar saxlanılıb
Avtosfer.az-ın məlumatına görə, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında qəsəbə ərazisində əməliyyat axtarış tədbirləri həyata keçiriblər.
Əməliyyat zamanı Saray qəsəbə sakinləri Əliyev Ramil İrzabala oğlu və Yusifov Tural Fərrux oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq Saray polis bölməsinə gətiriliblər. Şübhəli şəxslər Ramil Əliyevin və Tural Yusifovun üzərlərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı ümumi çəkisi 150,0764 qram narkotik vasitə olan heroin və 4,074 qaram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Hər iki şəxs barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













