Saraydan 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlandı

İyulun 17-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları — V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












