Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazırdır

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Quo Min arasında görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspresinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair müzakirə aparılıb.
Eyni zamanda, poçt sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olub.
Görüş zamanı Çin şirkətlərinin süni intellekt və digər böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlığın qurulmasında maraqlı olduğumuz diqqətə çatdırılıb.
Səfir Quo Min Çinin həm nəqliyyat, həm də İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, o cümlədən Çin-Avropa marşrutunda ölkəmizin tranzit imkanlarının gücləndirilməsini dəstəkləməyə hazır olduğunu bildirib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












