Şəhid Araz Seyfullayevin anım günüdür

Bu gün şəhid Araz Seyfullayevin anım günüdür.
Avtosfer.az xəbər verir ki, Araz Elsevər oğlu Seyfullayev Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixində doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Qeyd edək ki, o, 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2007-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub və 2018-ci ildə həmin məktəbi bitirib.
2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin, “N” saylı hərbi hissəsində davam etdirib və 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
A. Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












