Şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım mərasimi keçirilib - FOTO

Azərbaycan Hərbi Tarixi muzeyində şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən şəhidin xidmət yoldaşları, ailə üzvləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və digər qonaqlar iştirak edib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhid pilot polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açıblar. Anım mərasimində xidmət yoldaşları şəhid pilotla bağlı xatirələrindən danışıblar.
Mərasim R.Atakişiyevin həyat və döyüş yoluna həsr olunmuş “Sonuncu uçuş” adlı sənədli filmin nümayişi ilə davam edib. Mərasimdə Xalq artisti Fidan Hacıyevanın ifasında Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş “Yolun düşsə, bu yerlərə bir də gəl” mahnısı səslənib.
Anım mərasimi bədii hissənin təqdimatı və şəhidə həsr olunan sərginin nümayişi ilə sona çatıb.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO















