Şəhidin ad günü məclisi polislər tərəfindən dağıdılıb? - DİN-dən AÇIQLAMA

44 günlük Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun ailəsi Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Polis Şöbəsindən narazıdır.
Avtosfer.az xəbər verir ki, ailə bildirib ki, avqustun 7-də Elkiyar Məmmədovun ad günü ilə bağlı mərasim keçiriblər:
"Astaranın Ərçivan kəndində şəhidin doğum gününü qeyd edirdik. Rayonun İcra Hakimiyyəti nümayəndələri və Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov tərəfindən şəhidə və uşaqlarına hörmətsizlik edildi. Onlar məclisi dağıtdı, bayraqları bükü kənara atdılar”.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ailənin səsləndirdiyi iddialar əsassızdır, həqiqəti əks etdirmir:
"Şəhidin anım mərasimində Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də iştirak ediblər. Həmin mərasimə heç bir müdaxilə olmayıb”.
Qeyd edək ki, Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.
O, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə vuruşub və oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












