Şəhidin xatirə lövhəsinin ətrafı bərbad vəziyyətdədir - VİDEO

Abşeronda Vətən müharibəsi şəhidinin xatirəsinə qoyulan lövhənin ətrafı bərbad vəziyyətdədir.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət Abşeron rayonu, ipək yolu adlanan ərazinin yaxınlığından (Nübar qəsəbəsi) gedir.
Sakinlər iddia edir ki, Vətən müharibəsi şəhidi baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulan lövhənin yaxınlığındakı natəmizliyə nəzarət edən yoxdur:
“Şəhidin xatirəsinə hörmət edilmir. Başqa yerlərdə şəhid lövhəsi olan küçələrdə aidiyyəti orqanlar tərəfindən abadlıq işləri aparılır. Ən azından ərazidə təmizliyə nəzarət edilir. Lakin burada heç bir təmizlikdən söhbət gedə bilməz. Yolun sağında şəhidin xatirəsinə yerləşdirilən lövhə, solunda isə zibillik var. Zibilləri də təmizləmək yerinə yandırırlar. Yaxşı olardı ki, ərazidə bir qədər abadlıq işləri aparardılar. Küçədə nə asfalt örtüyü var, nə də təmizlik”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonlara cavab verən xanım bizi Hökməli qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yönləndirsə də, telefonlarımıza cavab verən olmadı.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












