Şəki Dövlət Yol Polisi istirahət mərkəzlərində görüşlər keçirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki şəhərinin istirahət mərkəzlərində maarifləndirici tədbirlər keçirir. Avtosfer.az xəbər verir ki, istirahət mərkəzlərinin rəhbərləri və ya icarədarları ilə aparılan söhbətlər zamanı bildirilib ki, sürücülər tərəfindən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradır, eləcə də qəzaların ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Ona görə də, istirahət mərkəzlərinin rəhbərləri bu istiqamətdə, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisinə yaxından köməklik göstərilməsi üçün öz tövhələrini verməlidirlər. Tural Niftalıyev, istirahət mərkəzlərinin rəhbərləri və ya icarədarları ilə söhbət apararkən, onlara öz işçilərinə gündəlik təlimatlar zamanı gələn qonaqlara və ya turistlərə spirtli içki qəbul edərək avtomobil idarə etməməyin tövsiyyə edilməsini tapşırmalarını, lazım gəldikdə isə ayıq sürücü ilə təmin olunmasına köməklik göstərilməsinin zərurililiyini qeyd edib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












