Şəkidə beşotaqlı fərdi yaşayış evi yanıb
Xəbərlər
1 Sentyabr 2021 10:25

Şəkidə fərdi yaşayış evində yanğın olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gecə saat 03:00 radələrində Şəki şəhər sakini Kamal Qədir oğlu Haşımova məxsus, ümumi sahəsi 240 kv/m olan kürsülü birmərtəbəli 5 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanıb. Evə bitişik ümumi sahəsi 140 kv/m olan köməkçi tikilinin 15 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan dülgər dəzgahı yanıb. Evin və köməkçi tikilinin qalan hissələri yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
Oxunub : 1020
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












