Şəkidə həyətdə toy təşkil edən şəxs cərimələnib - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Orta Zəyzid kəndində Mahmud Məmmədova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi, həmçinin xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub.
Karantin rejimi qaydalarını kobud şəkildə pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə )maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.
Keçirilən yoxlamalar zamanı rayonun Kiçik Dəhnə kəndində yerləşən “Dəhnə” şadlıq sarayında da karantin rejimi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, toy məclisində 170 nəfər qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı şadlıq sarayının inzibatçısı və toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.



Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












