Şəkidə məktəb binası bərbad vəziyyətdədir - VİDEO

Şəkinin Baş Laysqı kənd orta məktəbində tədris üçün dəmək olar ki, şərait yoxdur. Kənd sakinləri növbəti tədris ilinədək də məktəbdə təmir aparılmadığını görüb televiziyamıza müraciət ediblər. Aidiyyəti qurum da məsələyə münasibət bildirib.
Dam örtüyü damır, döşəmələr çürüyüb. Siniflərin əksəriyyəti qapı, pəncərəsiz qalıb.
Bura Şəkinin Baş Laysqı kənd orta məktəbidir. Məktəb 1984-cü ildə tikilib və 400 şağird üçün nəzərdə tutulub.Bir vaxtlar şağirdlərin sayı 600-ə qədər olan məktəbdə indi 200 məktəbli qalıb ki buna da səbəb təhsil ocağının uzun illərdi təmir olunmamasıdır. Dam örtüyü daman siniflərdə, dəhlizlərdə taxtalar çürüyüb, çalalar yaranıb.Otaqların qapısı, pəncərəsi yoxdur. Olan bir iki sinfin pəncərəsində də şüşələr sınıb, salafan ortüklər vurulub.
Məktəbdəki mövcud şəraitə görə valideynlər övladlarını başqa məktəblərə aparmalı olurlar. Məktəb direktoru da son illər şagirdlərin sayının üç dəfə azaldığını etiraf edir..
Şəki Zaqatala Regional Təhsil İdarəsindən bildirildi ki,vəziyyətdən xəbərdardırlar. Məktəblərin təmiri və tikintisi növbə əsasında aparılır.
O, da bildirilib ki, Regional təhsil idarəsinin tabeliyində olan 348 məktəbə baxış keçirilib.Daha çox təmirin tələb olunduğu 38 məktəbdə cari təmir, 12 məktəbdə əsaslı təmir işlərinə başlanıb.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












