Şəkidə qadının bank kartından oğurluq edən şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, instaqram sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1 450 manat pul alıb.
Zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1 450 manatın qarşılığında ona 2 500 manat qaytaracağını vəd edərək aldadıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
"Elnur Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055)628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












