Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurdu - VİDEO

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd, Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.
Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












