Selçuk Bayraktar Türkiyədə müalicə alan qazilərimizi ziyarət edib - FOTO

Selçuk Bayraktar və Ceyhun Salmanov Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.
Avtosfer.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Ceyhun Salmanov və Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.
Söhbət zamanı xəstəxana rəhbərliyi və professor həkim heyəti ilə qazilərimizin mövcud durumu ətraflı müzakirə olunub. Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və "YAŞAT" Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Qazilərimiz belə bir səfərin gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər. Qazilərimizə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.






Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












