“Sələmçi Qiyas” həbs olundu - FOTO

Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınmış Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
Şikayətçilərin sayının artması istisna deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsinə imza etdirdiyini iddia ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












