Səmada raket və dronlar zərərsizləşdirilib - FOTO

Səudiyyə Ərəbistanının Cəzan şəhərinə Yəmən ərazisindən atılan 5 ballistik raket və 4 dron zərərsizləşdirilib. Bu barədə krallığın başçılıq etdiyi Ərəb Koalisiyasının baş qərargahı məlumat yayıb.
Husi qiyamçılarının atdıqları raketlərdən biri Cəzan Universitetinin ərazisinə düşüb. Burada başlayan yanğın qısa müddətdə söndürülüb. Koalisiyanın bəyanatında bildirilib ki, sistemli raket və dron hücumları mülki əhaliyə qarşı yönəlib və onların zərərsizləşdirilməsi məqsədilə lazımi tədbirlər görülür.
Səudiyyə Ərəbistanı Yəməndəki qiyamçılara atəşkəs və danışıqlar aparılmasını təklif etsə də, qarşı tərəf buna məhəl qoymayıb. ABŞ Prezidenti Co Bayden əvvəlki administrasiyanın Husilərin terrorçu olmaları barədə qərarını ləğv edib və Yəməndə tərəfləri sülhə çağırıb. Lakin qiyamçı tərəf Mərib əyalətini azad etmək üçün hücumlara başlayıb. (AZƏRTAC)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












