Şəmkirdə evə basqın edən qohumlar ev sahibini döyüblər

Şəmkirdə evə basqın edən qohumlar ev sahibini döyüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.
S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












