Şəmkirdə pandemiya qaydalarını pozan SPA mərkəzi 4000 manat cərimələnib - FOTO

Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalırna zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi Adil Mustafatev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib. SPA mərkəzində işləyən A. Ağamalıyeva, A. Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər-Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












