Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb.
Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












