Şəmkirdə sakinlərlə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirilib - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də icra və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.
Görüşdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.
Diqqətə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Sakinlər taxıl və ot biçinlərindən sonra sahələrə od vurmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət etməlidirlər.




Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












